Müşfiq Məmmədli Siyəzəndə qəbul keçirdi

Yeni Azərbaycan Partiyası Siyəzən Rayon Təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirilib.

Qəbul zamanı vətəndaşların sosial və məişət xarakterli müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.Vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyə uyğun şəkildə həlli daim diqqət mərkəzində saxlanılır.

Müşfiq Məmmədli

Milli Məclisin deputatı