"Müstəqillik tariximizdə ilk dəfədir ki, Ramazan bayramını qalib xalq olaraq qeyd edirik"

On bir ayın sultanı müqəddəs Ramazan bayramı münasibəti ilə hər birinizi təbrik edir, sizə can sağlığı, xoş günlər, evinizə ocağınıza, ruzi, xeyir, bərəkət, vətənimiz Azərbaycana isə həmişə müzəffər olmağı arzu edirəm.Biz müstəqillik tariximizdə ilk dəfədir ki, Ramazan bayramını qalib xalq olaraq qeyd edirik, müqəddəs torpaqlarımız artıq yağı tapdağında deyil, Qarabağdan azan səsi gəlir, Şuşada qısa müddət ərzində bərpa olunmuş Yuxarı Gövhərağa məscidində bayram namazımızı qılırıq.

Bunu millət vəkili Bəhruz Məhərrəmov seçicilərinə və Azərbaycan xalqına təbrikində dilə gətirib

“Əlbəttə, bu reallıq minlərlə şəhidimizin qanı, qazimizin sağlamlığı hesabına yaranıb. Ona görə də bu əziz gündə şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyir, müqəddəs Ramazan bayramında bu gözəl duyğuları bizə yaşadan Müzəfər Ali Baş Komandan cənab İlham Əliyevə isə əbədi minnətdarlıq hisslərimizi ifadə edirəm. Bayramınız mübarək!Allah dualarınızı və tutduğunuz oruclarınızı qəbul etsin!”-deyə, o, bildirib.