Mütəllim Rəhimli: -“Qeyri-qanuni hərəkət mütləq özünün adekvat qanuni cəzasını alacaq”

Ədalət Partiyasının Təşkilat Komitəsinin sədri Mütəllim Rəhimlinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan Mütəllim Rəhimli bildirdi ki, “Partiya daxilində pozucu qüvvələr ümumi işin gedişinə mənfi təsir göstərir, həm cəmiyyəti, həm də digər partiya üzvlərini çaşdırmağa çalışırlar”. 

Fikrinə davam edən Mütəllim Rəhimli vurğuladı ki, “Ədalət Partiyasının sabiq sədri rəhmətlik İlyas İsmayılov ədalətli bir insan olub, onun qapısı həmişə hamının üzünə açıq olub. Bu gün İlyas İsmayılovun qurduğu, yaratdığı partiyaya, habelə onun kürsüsünə məcburi şəkildə oturmaq istəyənlər onu avtoritar münasibətdə günahlandırırlar. Belə pozucu və iddialı qüvvələr partiya daxilində ümumi münasibətləri pozmağa, nifaq salmaga xidmət edir.

Təşkilat Komitəsinin sədri olaraq bir partiyada birləşdiyimiz məsləkdaşlarıma partiya daxilində baş verən bu neqativ hadisələrə qarşı tolerant olmağı tövsiyə edirəm. Hər halda biz bir partiyanın üzvü olmuşuq, isti münasibətlərimiz olub”.

M. Rəhimli daha sonra qeyd edib ki, “Ali Məclisin 65 üzvü var. 56 nəfəri hər rayon təşkilatından bir nəfər olmaqla seçilib. 9 nəfər isə 8-ci qurultayda birbaşa seçilmiş şəxslərdir. Nizamnamənin tələbinə görə belədir. Ali Məclisin 19 apreldə keçirilən iclasında 56 üzv iştirak edib. Bu iclasın da videomaterialı və protokolu əlimizdə mövcuddur. Yəni Ali Məclisin iclasının guya yetərsay olmadan qanunsuz keçirildiyi barədə kimsə artıq-əskik danışa bilməz.

Meydan Babayev Ali Məclisin iclasının qarşısını almaq üçün gecə partiyanın ofisinin qapısını dəyişdi və partiya üzvlərinin oraya daxil olmasına imkan vermədi. Mən buna çox təəssüf edirəm. Ali Məclisin sədri Ali Məclis üzvlərinin üzünə qapını bağladı. Bu, hansı qanuna və etikaya sığır?! İnsanlar orada emosional vəziyyətə çatmışdılar. Onları güclə sakitləşdirdim və iclasımızı keçirdik. Biz partiyanın qapısının bağlanması faktı ilə bağlı polisə müraciət etdik. Polis hadisəni araşdırmaqdadır. Qeyri-qanuni hərəkət mütləq özünün adekvat qanuni cəzasını alacaq”.

 Partiya daxilində pozucu fəaliyyət yürüdən 7 nəfərdən ibarət bir qrup ölkə mediasına məni partiyanın sıralarından çıxardıqlarını bəyan ediblər. Bu onlar tərəfindən atılan qeyri-qanuni bir addımdır.

M. Rəhimli söylədi ki, “Biz aprelin 19-da Ali Məclisin iclasını keçirdik və qərara gəldik ki, mayda 17-də partiyasının növbəti qurultayını çağıraq.

Məlumat üçün bildirim ki, Ali Məclisin 65 üzvü var. 56 nəfəri hər rayon təşkilatından bir nəfər olmaqla seçilib. 9 nəfər isə 8-ci qurultayda birbaşa seçilmiş şəxslərdir. Nizamnamənin tələbinə görə belədir. Ali Məclisin 19 apreldə keçirilən iclasında 56 üzv iştirak edib. Bu iclasın da videomaterialı və protokolu əlimizdə mövcuddur. Yəni Ali Məclisin iclasının guya yetərsay olmadan qanunsuz keçirildiyi barədə kimsə artıq-əskik danışa bilməz.

Meydan Babayev Ali Məclisin iclasının qarşısını almaq üçün gecə partiyanın ofisinin qapısını dəyişdi və partiya üzvlərinin oraya daxil olmasına imkan vermədi. Mən buna çox təəssüf edirəm. Ali Məclisin sədri Ali Məclis üzvlərinin üzünə qapını bağladı. Bu, hansı qanuna və etikaya sığır?! İnsanlar orada emosional vəziyyətə çatmışdılar. Onları güclə sakitləşdirdim və iclasımızı keçirdik. Biz partiyanın qapısının bağlanması faktı ilə bağlı polisə müraciət etdik. Polis hadisəni araşdırmaqdadır. Qeyri-qanuni hərəkət mütləq özünün adekvat qanuni cəzasını alacaq”.

M. Rəhimli Bu gün Ədalət Partiyasının mərkəzində baş verən hadisələr partiya üzvləri arasında narahatlıqla qarşılanır. Bir çox üzvlərimiz öz mövqelərini açıqlayıblar. Təəssüf ki, əks tərəf yalan informasiyaları dövriyyəyə buraxır və cəmiyyəti aldatmaqla məşğuldur”.

Mövzu davam edəcək…

İlahə BAYINDIR