NATO-nun Soyuq Müharibədən bəri ən böyük təlimi “Sarsılmaz Müdafiəçi 2024” 32 ölkədən 90 min əsgərlə başlayıb. Təlimlərin may ayının sonuna qədər davam edəcəyi bildirilib.
Sabahinfo.az xəbər verir ki, NATO-dan verilən açıqlamada ABŞ-a məxsus "USS Gunston Hall" dok desant gəmisinin Virciniya əyalətindəki Norfolkdan yola düşdüyü və bir sıra əməliyyatlardan sonra Atlantik okeanının o biri sahilinə çatacağı bildirilib.
Açıqlamada HMCS Charlottetown freqatının bu ay təlim çərçivəsində Kanadanın Yeni Şotlandiya əyalətinin Halifax şəhərindən Avropaya yola düşəcəyi və Alyansın Avro-Atlantik bölgəsini gücləndirmək qabiliyyətini nümayiş etdirəcəyi bildirildi.
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) general Kristofer Kavoli deyib ki, “Sarsılmaz Müdafiəçi 2024” təlimi birliyimiz, gücümüz və bir-birimizi qorumaq əzmimiz, dəyərlərimiz və qaydalara əsaslanan beynəlxalq etimadımızın bariz nümayişi olacaq. "
31 NATO üzvü və namizəd ölkə İsveçdən təxminən 90 min əsgərin qatılacağı təlimin may ayının sonuna qədər davam edəcəyi açıqlanıb.
NATO-nun Soyuq Müharibədən sonrakı ən böyük təliminin Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçirilməsi və Rusiya ilə mümkün müharibə ssenarilərini əhatə etməsi gözlənilir.
Soyuq Müharibə dövründə NATO-nun son böyük təlimi 1988-ci ildə 125 min iştirakçı ilə keçirilən "REFORGER" idi.