Naxçıvanda 177 mindən artıq yumurta məhv edildi

Naxçıvanda 177480 ədəd yumurta məhsulunda uyğunsuzluqlar aşkarlanaraq məhv edilib.

Sabahinfo.az xəbər verir ki, Naxçıvanda dövlət nəzarəti tədbirləri zamanı laborator müayinəyə cəlb olunmuş 16 iyul istehsal tarixli yumurta məhsulunda uyğunsuzluqlar aşkarlanıb.

Bu zaman istifadəyə yararsız yumurta məhsulu topdançı subyekt tərəfindən geri çağırılıb. Geri çağırılan 493 qutu (177480 ədəd) yumurta məhsullarının Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilməsi prosesi həyata keçirilib.