Naxçıvanda  şahmat üzrə Azərbaycan çempionatı start götürüb

Fevralın 5-də Naxçıvan Şahmat Mərkəzində şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatına start verilib. Çempionat Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbovun şahmat lövhəsi üzərindəki rəmzi gedişləri ilə start götürüb.