Bakı ilə sülh müqaviləsində ərazi iddialarının olmaması, güc tətbiq edilməməsi, diplomatik münasibətlərin qurulması ilə bağlı ifadələr razılaşdırılıb.
Sabahinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BRİKS+ konfransında Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı çıxışı zamanı deyib.
Baş nazir həmçinin Naxçıvanla sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurları mexanizmləri vasitəsilə əlaqəni təmin etməyi təklif etdiyini deyib: "Biz Azərbaycana sərhəd və gömrük nəzarəti mexanizmlərinin prosedurlarının sadələşdirilməsini, o cümlədən qanunvericilik və ölkələrimizin suverenliyinə tam hörmət nəzərə alınmaqla əlavə təhlükəsizlik tədbirlərinin görülməsini təklif etmişik".
Baş nazir qeyd edib ki, bu gün razılaşdırılmış sülh sazişinin mətni güclü və davamlı sülh üçün sabit əsası formalaşdırır. O, Azərbaycana həmin müqaviləni imzalamağı təklif edib.