Nazir Fazil Məmmədova yeni vəzifə verildi - Prezident sərəncamı

Sabahinfo.az–ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilib. Beləliklə:

1. Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin: 

 Komissiyanın həmsədri  

Fazil Məmmədov -    Azərbaycan Respublikasının vergilər naziri.

Komissiyanın üzvləri:  

İltimas Məmmədov -  Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini  

Xələf Xələfov -  Azərbaycan Respublikası xarici işlər nazirinin  müavini 

Sahil Babayev -  Azərbaycan Respublikası iqtisadiyyat və sənaye   nazirinin müavini 

Natiq Abbasov  -  Azərbaycan Respublikası energetika nazirinin  müavini 

Abbas Vəlibəyov  - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini 

Nazim Səmədov -  Azərbaycan Respublikası mədəniyyət və turizm  nazirinin müavini 

Ehtiram Rəhimov  -  Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini 

Kamil Xasiyev  - Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri. 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.