Nazirlikdən Aygün Bəylərin ölüm xəbəri ilə bağlı anlaşılmazlığa aydınlıq 

“Əməkdar artist Aygün Bəylərin ölümü ilə bağlı Mədəniyyət Nazirliyi rəsmi olaraq bir dəfə açıqlama yayıb. Bu da onun bioloji ölümü təsdiqləndikdən dərhal sonra baş verib”.

Sabahinfo.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, Aygün Bəylər bir müddət əvvəl müayinə məqsədilə Türkiyəyə aparılıb və bütün səylərə baxmayaraq, səhhətinə qəfil ağırlaşma olub.

“Sənətçinin süni tənəffüs aparatına qoşulduqdan sonra xüsusi ambulans tipli təyyarə ilə ölkəyə gətirilıməsi nəzərdə tutulmuşdu. Lakin həkimlər belə bir vəizyyətdə onun təyyarə ilə ölkəyə aparılmasını qeyri-mümkün qiymətləndiriblər”./APA