Nazpəri Dostəliyeva vəfat edən oğlunun son istəyindən danışıb.
ARB TV-nin “Həmin Zaur” verilişinin növbəti qonağı olan Xalq artist Nazpəri Dostəliyeva oğlundan danışaraq kövrəlib:
“Məni darıxmağa qoymayan insanların təkidi ilə yenidən səhnəyə qayıtdım. İnanıram ki, güclü olacam. Bir müddət məni bağışlayın, günahımdan keçin. Nə qədər şən olmaq istəsəm də, içimdəki yara mənə yol vermir. Yəqin ki, məni başa düşərsiniz. Əlinin özünə də dedim ki, qayıdacağam səhnəyə. Əli də son nəfəsində mənə “ana, haqqını halal et və səni sevənlərinin gözünü yolda qoyma, əyilmə, sınma” dedi”.
Xatırladaq ki, Xalq artisti Nazpəri Dostəliyevanın 41 yaşlı oğlu Əli Quliyev 2021-ci ildə ürək çatışmazlığından vəfat edib.
Daha ətraflı süjetdə: