Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir. Layihə çərçivəsində tanınmış yazıçı, publisist, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, Nüşabə Məmmədli kitabxanya “Evcik-evcik oynayan nənə” hekayəsini təqdim etdi. Hekayədə yaşlı və gənc nəsil arasında tipik münasibətlər bədii formada təsvir olunur.
Qızılgül müəllim təqaüdə çıxandan sonra yaşadığı acılar, onun həyat baxışını kəskin formada dəyişir. O, Vətənini tərk edirək Almaniyada yaşayan qızının yanına daimi yaşamaq üçün köçür. Onun həyat hekayəsi sanki yenidən başlanır.
Hekayə aşağıdakı keçiddə yerləşdirilib :
https://docs.google.com/document/d/1ihIXwA7dz4-43MWCYiGAq-83h5Ed6OUX/edit?usp=drivesdk&ouid=110237449792357966265&rtpof=true&sd=true