Nəşriyyatda qiymətlər artırıldı

"Azərbaycan" Nəşriyyatında ofis icarələrinin qiyməti artırlıb. SABAHİNFO.AZ-a daxil olan məlumata görə, icarədarlara yanvar ayından bağlanan müqavilələrdə yeni qiymətlər təklif olunub. Yeni qiymətlər isə 1 otaqlı ofis üçün 50 manat civarında artımla təklif olunur. Yeni rəhbərlik artımı əsaslandıracaq məqam irəli sürmür. Onud a qeyd edək ki. artıq bir sıra müəssisələr Nəşriyyatda fəaliyyətinə xitam verməli olub. 

Onud a qeyd edək ki, Leyla Güləliyeva "Azərbaycan" Nəşriyyatına yeni direktor təyin olunub. Qiymətləri də məhz Leyla Güləliyeva müəyyən edir.

P.S. Qiymət artımı ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.