Neymar “Barselona”nın ÇL-dan qovulmasını tələb edir

"Pari Sen-Jermen”in hücumçusu Neymar UEFA-dan "Barselona”nə ÇL-dan uzaqlaşdırmağı tələb edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə AS nəşri yazıb. Braziliyalı futbolçu Kaalon klubunun ona 2016-cı ildə imzalanmış yeni müqaviləyə görə, 26 milyon avro ödəməməsindən narazı qalıb. Neymarın vəkilləri "Barselona”nın Çempionlar Liqasından uzaqlaşdırılması ilə bağlı UEFA-ya müraciət ediblər.
PSJ-də isə Neymarın maaşı 3 milyon dollar təşkil edir. O, bu maaşla dünyanın ən çox maaş ödənilən futbolçusu sayılır. Onun fransız klubuna keçid müqaviləsinin qiyməti isə 222 milyon avro təşkil edib. Bu isə tarixdə bir futbolçu üçün ödənilən ən böyük məbləğdir./avropa.info/