Nizami Səfərov şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları olan seçicilərlə görüş keçirib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 106 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərov rayon təşkilatının qərargahında şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları olan seçicilərlə görüş keçirilmişdir.

Görüşdən öncə bütün şəhidlərimizin ruhuna dualar oxunduqdan sonra şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə kompleksinin, əbədi məşəl abidəsinin və burada ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri qoyularaq əziz xatirələri böyük ehtiramla yad edilmişdir.

Sonra şəhid ailələri, qazilər və müharibə veterenları ilə rayon təşkilatının qərargahında görüş davam etdirilmişdir. Çıxışlardan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Tovuz  rayon təşkilatının sədri Nihad Pənahov çıxışında deputatlığa namizəd Nizami Səfərov  haqqında seçiciləri məlumatlandırıb sonra isə  partiyanın hər  zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını, YAP-nın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə etmişdir.

Namizəd Nizami Səfərov Vətənimizin azadlığı uğrunda canlarını fəda edən bütün Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və veteranlarımıza möhkəm cansağlığı diləyərək bildirdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən Müharibəsi və 1 günlük antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcəyin, yeni bir inkişaf mərhələsinin və yeni bir tarixi eranın əsasını qoyulduğunu, Cənab İlham Əliyevin iradəsi, düşünülmüş siyasəti nəticəsində Müzəffər Ordumuzun Qarabağı azad etdiyini, suverenliyimiz tam bərpa edildiyini, ölkədə tamamilə yeni bir dövr, yeni bir mərhələ yarandığını, bildirmişdir.

Çıxışçılar Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirərək uğurlarımızın davamı naminə seçkilərdə fəal iştirak edəcəklərinə eləcədə digər seçicilərimizi bu seçkilərdə fəal iştirak etməyə ən layiqli namizədə səs verməyə çağırıblar.
Görüşün sonunda şəhid ailələrinin, qazilərin  təklif və şikayətlərini dinlənilib.