Növbəti humanitar yardım Xankəndiyə yola salındı -YENİLƏNİB

Sentyabrın 26-da Xankəndiyə növbəti humanitar yardım karvanı yola salınıb.

Sabahinfo.az xəbər verir ki, 4 yük avtomobili 40 ton unu, gigiyenik vasitələri, yataq dəstlərini ünvana çatdıracaq. Həmçinin növbəti təcili tibbi yardım avtomobili Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.

Humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb.

***

10:22

Sentyabrın 26-da növbəti humanitar yardım Xankəndiyə yola salınır.

Sabahinfo.az xəbər verir ki, 4 yük maşını 40 ton unu, gigiyenik vasitələri, yataq dəstlərini ünvana çatdıracaq.