Seçki Qərargahından verilən məlumata görə sentyabr ayının 1-də Milli Məclisdə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanov ( Novruz Aslan) təbliğat planına uyğun olaraq təbliğatın üçüncü gününün ilk görüşü İsmayıllı rayonunun mərkəzində yerləşən Qala restoranında İsmayıllının bir qrup gəncləri və idmançıları ilə görüşü olub. Novruz Aslan görüşə gələnləri salamladı və öz platformasından danışdı. Vətən müharibəsində, Qisas əməliyyatında və 1 günlük antiterror əməliyyatlarında canlarını fəda edən Şəhidlərimizin və Qazilərimizin keçdiyi şərəfli ömür yolundan və Qalib ölkəmizin regionda və dünyadakı nüfuzundan danışdı. Daha sonra ölkəmizdə gənclərimizə və idmançılarımıza olan diqqət və qayğıdan danışıldı. Sonda Novruz Aslanın tədbir iştirakçıları ilə səmimi söhbəti oldu. Məlumat üçün bildirək ki, təbliğat avqust ayının 9-dan başlayıb və bu Novruz Aslanın on birinci görüşüdür. Novruz Aslanın bu gün üçün birinci görüşüdür və gün ərzində rayon Ağsaqqalları ilə görüşü də nəzərdə tutulub.