Seçki Qərargahından verilən məlumata görə sentyabr ayının 1-də Milli Məclisdə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanov ( Novruz Aslan) təbliğat planına uyğun olaraq təbliğatın beşinci gününün ilk görüşü İsmayıllı rayonunun Mollaisaqlı kəndində oldu. Novruz Aslan görüşə gələn kənd sakinlərini salamladı və öz platformasından danışdı.
Vətən müharibəsində, Qisas əməliyyatında və 1 günlük antiterror əməliyyatlarında canlarını fəda edən Şəhidlərimizin və Qazilərimizin keçdiyi şərəfli ömür yolundan və Qalib ölkəmizin regionda və dünyadakı nüfuzundan danışdı.
Görüşdə iştirak edən Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu, yazıçı-jurnalist Xeyrulla Dəniz, kənd ağsaqqalı İldırım Məsimov, Qazi atası Həsən Həsənovçıxış edərək Novruz Aslanın İsmayıllı və ölkəmiz üçün xidmətlərindən danışdı. Sonra kənd sakinləri ilə Novruz Aslanın səmimi söhbəti oldu. Kənd sakinləri onları maraqlandıran sualları verərək kəndin qayğılarından danışdılar. Məlumat üçün bildirək ki, təbliğat kompaniyası avqustun doqquzundan başlayıb bu Novruz Aslanın on yeddinci görüşüdür. Novruz Aslanın bu gün üçün ilk görüşüdür və digər kəndlərdə də görüşləri olacaq.