AzQAC-ın baş ofisində Milli Cəmiyyətin prezidenti, millət vəkili cənab Novruz Aslanov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı yeni başçısı Dragana Kojic arasında ikitərəfli görüş keçirildi.
Görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq çərçivəsində aparılan işlərin və gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi oldu. Ənənəvi olan bu görüşlərdə hər zaman olduğu kimi birlikdə aparılan tədbirlər təqdim edilmiş, göstərilən qarşılıqlı dəstək qiymətləndirilmiş və səmərəli təkliflər irəli sürülmüşdür.