Novruz Aslanov kənd sakinləri ilə görüşdü - FOTOLAR

İyulun 14-də Millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birgə Qalagah kəndində sakinlərlə görüş keçiriblər.

Sabahinfo.az
xəbər verir ki, görüşdə RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Regionların inkişafı üzrə həyata keçirilən layihələrdən söhbət açan millət vəkili şəhər və rayomlarımızda xidmət sahələrinin, turizmin inkişafından, sahibkarlar üçün şəraitin daha da yaxşılaşdırılmasından, yeni müəssisələrin açılışından və məşğulluğun artırılmasından, həmçinin qanunvericilik sahəsindəki yeniliklərdən söhbət açıb. Sakinləri maraqlandıran məsələlər barədə müzakirələr aparılıb, müraciətlər dinlənilib.

Sakinlərin müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti yerli qurumlara müvafiq tapşırıqlar verilib.