Novruz Aslanov seçiciləri ilə görüşüb

Mart ayının 25-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərinin qəbulunu keçirib. Ismayıllı şəhərində yerləşən ofisində qəbula gələn seçicilərin qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Bəzi məsələlərə dair millət vəkili öz məsləhət və tövsiyələrini verib. Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələnin həlli üçün müvafiq addımlar atılıb. Həmçinin sosial məsələlər və işlə bağlı müraciətlər də çoxluq təşkil edib. Digər məsələlərlə bağlı da müraciətlər edilib. Seçicilərin qaldırdığı məsələlərin hamısı qeydiyyata alınıb. Deputatın səlahiyyətinə aid olmayan məsələlər barədə əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib.

 

Sakinlərə dəstək məqsədilə müvafiq humanitar yardımların ediləcəyi nəzərdə tutulub.