Novruz Aslanov seçiciləri qəbul edib - FOTOLAR

Məlumat verdiyimiz kimi millət vəkili Novruz Aslanov sakinlərlə görüşmək məqsədilə tez-tez İsmayıllı rayonuna səfərlər edir.

Sabahinfo.az xəbər verir  ki, belə görüşlərin bəziləri yerli icra hakimiyyətinin başçısı və onun aparatı ilə birgə təşkil olunub. Bu günə kimi onlarla belə birgə görüşlər keçirilib və onların əksəriyyəti səyyar şəkildə kəndlərdə baş tutub. 

Avqustun 31-də millət vəkili növbəti belə qəbulunu keçirib. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Mahmud Süleymanovla birgə icra hakimiyyətinin binasında sakinlərin qəbulu keçirilib. 25 nəfərin qatıldığı qəbulda əsasən sosial məsələlər, şəxsi məişət problemləri və digər sakinləri maraqlandıran məsələlər dinlənilib, qaldırılan məsələlər barədə müzakirələr aparılıb, lazımi tövsiyələr verilib.  Bəzi məsələlərin həllinə dair məsul əməkdaşlara yerində müvafiq tapşırıqlar verilib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.