Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb

Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 10 nəfər ölüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, martın 19-26-da avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb.

"Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 4-ü piyadavurma, 3-ü maneəvurma və 3-ü aşmadır", - DYP rəsmisi vurğulayıb.