Bu gün ölkəmizin Birinci vitse-prezidenti və Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. “Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!” deyən Mehriban xanım öz fəaliyyəti, dəyərləri, hissləri, cəsarəti və duaları ilə Azərbaycan xalqının və dövlətinin inkişafında və güclənməsində müstəsna xidmətlərə sahibdir. O, həm də fədakar, mehriban, güclü Azərbaycan qadınının, müsəlman qadınının dünyada simvoldur! Öz mərhəməti və xeyirxahlığı ilə xalqımız arasında böyük sevgi qazanan Mehriban xanım, eyni zamanda insanların ümid yerinə çevrilib. Hər bir vətəndaşımızın ona ünvanladığı müraciətlər heç zaman cavabsız qalmayıb. Həmçinin dövlət idarəçiliyi yolunda da hər bir məmura nümunədir Mehriban xanım. Onun təşkilatçılıq və rəhbərlik etmək qabliyyətinin yüksək olmasının nəticəsidir ki, ölkəmizdə keçirilən bir çox beynəlxalq əhəmiyyətli idman və mədəniyyət tədbirləri müasir standartlara tam olaraq uyğun təşkil olunmuşdur. Bütün bunların əsasında Mehriban xanımın dövlətimizə və xalqımıza olan sevgisi dayanır. Hesab edirəm ki, uzun illər xalqımız və dövlətimiz Mehriban xanımın fədakarlığından, idarəçilik qabliyyətindən, zəkasından, xeyirxahlığından yararlanacaq və o, hər zaman da xalqımızın Mehribanı olaraq qalacaqdır.
Doğum günü münasibətilə Mehriban xanımı təbrik edir, ona daim xoş anlar, cansağlığı, səadət və hər addımında Qələbə dolu uğurlar arzu edirik! Uca Tanrı dualarını daim qəbul etsin!
Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişil