Azərbaycanda ana qızını 50 yaşlı kişiyə verib.
"Unikal" xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağı Birliyi məlumat yayıb.
Belə ki, Zəhra (ad şərtidir) ana və atası boşandıqdan sonra rayonda anası ilə birlikdə həyatını davam etdirib.
Bir müddətdən sonra anası onu tanıdığı bir şəxsə (40-50 yaş) kişiyə təhvil verib və "onunla nə edirsən et" deyərək razılaşıb.
"Zəhra 1 ay onun yanında qaldıqdan sonra kişi ona bədənini sat pulu birgə bölərik deyib. Bu sözləri eşidən Zəhra qollarını gördüyünüz vəziyyətə salıb və Bakıya qaçıb. Bakıda isə onun həyatını xilas edən Abşeron Rayon Polis İdarəsinin əməkdaşları olub.Onu dərhal sığınacağa gətiriblər. Azyaşlı qızımızın dedikləri yaşadıqları həqiqətən dözülməzdir", - deyə Birliyin yaydığı məlumatda qeyd olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.