Oqtay Əsədov iclaslarda iştirak etmir?

Bir sıra mətbu orqanda Milli Məclisin deputatı Oqtay Əsədovun iclaslarda iştirak etməməsi, seçicilərlə maraqlanmaması yönündə məlumat yayılıb. Sabahinfo.az bununla bağlı araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, Oqtay Əsədov Milli Məclisin pleniar iclaslarında iştirak edir. İclaslara gələn zaman onu köməkçisi və digər şəxslər müşayyət edir. 

Qeyd edək ki, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev də yayılan məlumatları təkzib edib.