Ordu dövlət, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cari ilin 24 dekabr tarixində, yəni yubileyi günündə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə getmişdir. Öz ənənəsinə əməl edən Möhtərəm Prezident 60 illik yubileyini, ailəsi ilə birlikdə, Qalib ordu ilə keçirdi.

Ilkim olaraq, Müzəffər Ali Baş Komandan Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışını etdi. Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Hərbi sahəyə böyük diqqət yetirilir. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur. Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindəidir. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub.

Ikinci Qarabağ müharibəsindən sonra da ordu quruculuğu prosesi dayandırılmayıb. Orduya ayrılan xərclər artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər.

Azərbaycan ordusunun həyata keçirdiyi Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. Strateji qəsəbəni işğaldan azad edilməsi müharibə zamanı gələcək planlarımıza əlavə dəstək verdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar və bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi və fədakarlığı bu şərəfli Qələbəmizi qazanmağa imkan verdi.

Rəsmi Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Ermənistan öz ordusunun mənəvi-psixoloji vəziyyətini anlayaraq Hadrut haqqında yalanlar yayırdı. Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almış və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur. Məhz Hadrut əməliyyatından sonra Azərbaycan ordusu şərəfli missiyasını davam etdirdi və 8 gün sonra Füzuli azad edildi. Füzulidən bir neçə gün sonra Zəngilan, Qubadlı rayonları və Laçının cənub hissəsi işğalçılardan azad edildi. Ordumuz faktiki olaraq Laçın dəhlizinə çıxdı və Laçın dəhlizini nəzarətə götürdü.

Hadrutun işğaldan azad edilməsi Şuşanın yolunu aşdı. Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq Şuşanı işğalçılardan azad etdilər.

Şuşanın işğaldan azad edilməsi erməni yalanlarını ifşa etdi. Belə ki, uzun illər ərzində ermənilər yaydıqları yalana özləri də inanmağa başlamışdılar. Dünyaya Azərbaycan xalqı haqqında, Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan böhtan və uydurma xarakterli məlumatlar yayırdılar. İkinci Qarabağ müharibəsi göstərdi kim-kimdir. 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı. Əgər Ermənistan yenidən təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır.

Cıdır düzündə çıxış edən Ali Baş Komandan vurğuladı ki, Azərbaycan xalqı işğal altındakı torpaqları azad etdi. Xalq öz Prezidentinə və Qələbəyə hər zaman inanırdı. Artıq Vətənimizin bayrağı işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Şuşada dalğalanır və biz bu Zəfərə müqəddəs məqsədə şəhidlərimizin qanı-canı bahasına nail olduq. Xalq Qarabağı azad etdi. Torpaqların əsl sahibləri qayıtdı və bundan sonra Azərbaycan xalqı bu torpaqlarda əbədi yaşayacaqlar.

Məlumdur ki, Prezident İlham Əliyev həmişə öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edir. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident  şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirdi.

Qarabağ Azərbaycanın muğam sənətini yaşadan bir bölgəmizdir.  Şuşada təşkil olunan tədbirlər bu torpaqların Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını təsdiqləyir. "Xarıbülbül" festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. Bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir. Ulu Öndərin bu vəsiyyətini, Onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həyat keçirdi.

Həmişə xalqımızın dəstəyinə arxalanan Prezident İlham Əliyev Cıdır düzündə etdiyi çıxışında dedi: "2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız - bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq".

Zaur Abbasov - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, Nərimanov rayonun fəal gənci