Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri dünya ictimiyyətinin diqqətini bir gerçəkliyə yönəldir: Vətən müharibəsində qazanılan Zəfərdən sonra dövlət işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparır, onu optimal müddətdə başa çatdıracaq, Böyük Qayıdış başlayacaq.
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Hadruta səfərində yeni hərbi hissənin açılış mərasimində iştirak etdi. Ölkə başçısı Hadrut səfərində çııxışında dedi: “Müharibə bizim üçün əvəzolunmaz təcrübə idi. Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Bax, bu gün Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq”. Bu çıxış Azərbaycan ictimaiyyətinə ölkə başçısının Vətən müharibəsində xalqa müraciətlərini xatırlatdı: xalq hər müraciətdə qələbə ovqatı yaşayırdı. Hadrut səfəri həmin ovqatın davamı kimi izlənildi.
İşğaldan azad edilmiş ərazilərə səfərlər, səfərlərin mahiyyəti Vətən müharibəsində qazanılan Zəfərin məntiiqi davamıdır. Azərbaycan qüdrətli orduya malikdir. Bu qüdrət Vətən müharibəsində böyük Zəfər qazandı. Hadrut səfəri bu qüdrətin yüksəldildiyinin zəmanətidir.
Ölkə başçıısının Hadruta səfəri ordu quruculuğunun kəsilməz proses olduğunu təsdiqlədi. O da təsdiqləndi ki, bu sahəyə indi daha böyük diqqət yetirilir.
Belə səfərlər, konkret olaraq Hadrut səfəri Azərbaycan ordusunun qüdrətini daha da artıran səfər oldu.
Hansı səbəblərə görəsə, hansı amillərə ümidə görəsə üçtərəfli bəyanatın şərtlərinə əməl etmək istəməyən Ermənistan da, onu dəstəkləyən dövlətlər də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Hadrut səfərindən, bu səfərdə çıxışından sonra üçtərəfli bəyanatın şərtlərini tam yerinə yetirməməyin məsuliyyətini dərk etməlidir.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı