Orenburq-Bakı birbaşa təyyarə reysi açılacaq

Bakı ilə Orenburq arasında birbaşa uçuşlar aprel ayından başlayacaq. Bu barədə Rusiyanın Hava və Dəmir Yolu Rabitə Mərkəzi Agentliyi məlumat yayıb.

Məlumatda deyilir: “Biz Orenburq – Bakı yeni birbaşa reysin açılışını elan etməkdən məmnunluq duyuruq! İndi Azərbaycanın paytaxtına səyahət daha da rahat və əlçatan olub. Uçuşlar aprelin 20-dən oktyabrın 19-dək bazar günləri yerinə yetiriləcək. Maraqlı həftəsonu səyahətinə çıxmaq və ya daha uzun bir tətil planlaşdırmaq istəyənlər üçün mükəmməl vaxtdır.

Orenburq – Bakı: gediş: 12:30, gəliş: 14:00

Bakı – Orenburq: gediş: 08:00, gəliş: 11:30

Səyahət vaxtı: 2 saat 30 dəqiqə

Aviabiletlərin qiyməti 15,141 ₽-dən başlayır

Biz sizin rahat qalmağınız üçün tam xidmətlər spektrini təklif edirik:

• Orenburq – Bakı reyslərinə aviabiletlərin satışı.

• Otellərin bronlaşdırılması və transferinin təşkili.

• Sığorta və digər əlavə xidmətlərin qeydiyyatı.

Bakının gözəlliyini maksimum rahatlıqla kəşf edin. Bakıya bilet alıb unudulmaz səyahətinizi elə indidən planlaşdırmağa başlaya bilərsiniz

HAVA VƏ DƏMİR YOLU RABİTƏ MƏRKƏZİ AGENTLİYİ

 ‪+7 (3532) 44-33-99

 www.bilet.aero

Sizi Orenburq, Orsk, Buzuluk, Qae və Yasnıdakı satış ofislərimizdə gözləyirik”.