Öz dəst-xətti ilə seçilən, milyonların sevgisini qazanan Birinci vitse-prezident

Mehriban xanım Əliyeva büyük ürəyə, zəngin mənəviyyata, sonsuz humanizmə malik xeyirxah əməlləri ilə bəşəriyyət üçün bir nümunə, böyük bir dəyərdir.

Mehriban xanım Əliyeva Azırbaycanın Birinci xanımı və vitse-prezidenti kimi milli səviyyədəki işləri ilə dünya miqyasındakı fəaliyyətini uyğunlaşdırıb bütün dünyada büyük nüfuz qazanaraq bu əsasda Azərbaycan qadının gücünün, qətiyyətli imicinin müsbət obrazıdır.

Ölkəmizdə qadın hərəkatının və dövlət qadın siyasətinin inkişafında və yeni mərhələyə keçməsində, qadın hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasının zənginləşməsində və qadınlarımızın dünyada ən yüksək səviyyədə təmsil olunmasında Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri vardır.
 O, özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə dövlətçilik tariximizdə “Birinci Xanım” İnstitutu formalaşdırmaqla Azərbaycan qadınlarına vətənə, xalqa xidmətdə örnəkdir.

2004-cü il 10 may tarixində onun təşəbbüsü ilə təsis olunan Heydər Əliyev Fondu zəngin dünyəvi dəyərə malik maddi və mənəvi irsimiz olan Azərbaycanın tarixi sərvəti, bəşəri irsə verdiyi ən böyük  töhfəsidir. 
 Heydər Əliyev Fondu məqsədyönlü fəaliyyəti ilə hər zaman  xalqımızın milli-mənəvi dəyərlərini, tarixi kimliyimizi, milli özünəməxsusluğumuzu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə ötürməyi bacaran daima təhsilin, elmin, milli-mənəvi dəyərlərin böyük qoruyucusu olan Ulu Öndər Heydər Əliyevin idealogiyalarını davam etdirir və bu amala sadiqliyini nümayiş etdirir. Əldə olunan uğurlarda isə Fondun prezidenti Azərbaycanın birinci xanımı Mehriban xanım  Əliyevanın rolu əvəzsizdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyevin Fondunun prezidenti,  YAP Sədrinin birinci müavini, UNESCO və lSESCO - nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın geniş və çoxşaxəli fəaliyyəti beynəlxalq arenada yüksək qiymətləndirilir, həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri mahiyyəti ilə də diqqəti cəlb edir və Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. 

Xeyriyyəçilik, şəfqət, yaradıcılıq və humanizm Mehriban xanımın adı ilə vəhdət təşkil edir. Onun mərhəmət və humanizmi sərhəd və məhdudiyyət tanımır və insanpərvərliyin bir ideya, ehtiyacı olana konkret yardımın isə bir mexanizm kimi vəhdətinin yeganə vasitə olduğunu ən müxtəlif məzmunda və miqyasda həyata keçirdiyi layihələrlə  sübut edir.
Mehriban xanım Əliyeva bu gün valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının dayağıdır. O xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir.

Taleyin böyük xoşbəxtliyidir ki, Azərbaycan xalqının Mehriban Əliyeva kimi övladı, Azərbaycan cəmiyyətinin şansıdır ki, Mehriban Əliyeva kimi xadimi, müstəqil Azərbaycan dövlətinin uğurudur ki,  Mehriban Əliyeva kimi Birinci vitse-prezidenti vardır. Mehriban xanım bir ANA, həyat yoldaşı, ictimai fəal, mənəvi-əxlaqi dəyər təmsilçisi və dövlət idarəçiliyində yüksək vəzifə sahibi kimi bir nümunədir.

Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.

44 günlük Vətən müharibəsi dönəmində Mehriban xanım bir ana, qadın, Birinci xanım, Birinci vitse-prezident kimi ölkə başçısının, şəhid analarının, qazilərimizin yanında oldu və əsl Azərbaycan qadınının nümunəsini, iradəsini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 

Bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının - Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə əzmkarlığı, çalışmaları sayəsində həyata keçirilir və bu gün Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, təmənnasız xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə missiyasını şərəflə yerinə yetirən xalqın sevimlisinə çevrilən Mehriban xanıma bu uca və əzəmətli yolda uğur, sağlamlıq, xoşbəxt və firəvan həyat arzu etmək bu gün hər kəsin qəlbində ümdə arzudur.

Tanrı sizi qorusun, Mehriban xanım, Doğum gününüz mübarək!

                                                                                              

Aydan Qurbanova