PA rəsmisi: “İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi əhəmiyyəti var"

“İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi əhəmiyyəti var. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu qələbə bizim şanlı tariximizdir”.

Sabahinfo.az-ın xəbərinə görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Zəfər Forumunun bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçib, torpaqları qanları və canları bahasına azad edib: “Bu qələbə Prezident İlham Əliyevin rəhbərliyi və sarsılmaz iradəsi, Ordumuzun şücaəti, xalq-iqtidar birliyi nəticəsində təmin olunub”

V.Quliyev Azərbaycanda Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında dövlət başçısının sərəncamlarının əhəmiyyətindən də danışıb.(report)