Pakistan ordusunun hərbi bazasına hücum olub - VİDEO

Pakistan ordusunun Pirğaib Bolan bölgəsindəki hərbi bazası güclü artilleriya hücumuna məruz qalıb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, hücum nəticəsində hərbi bazanın ərazisində güclü yanğın müşahidə olunub.

Artıq hücuma görə məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu” adlı silahlı qruplaşması öz üzərinə götürüb.

Öz növbəsində, məlumatlarda Yaqubabad aviabazasından döyüş təyyarələrinin və Pakistan ordusuna məxsus hərbi helikopterlərin Şaldan Maçbolan istiqamətində uçuşlar həyata keçirdiyi bildirilir.