Pakistan prezidenti ikinci dəfə Covid-19-a yoluxub

Pakistan prezidenti Arif Alvinin yeni növ koronavirus (Covid-19) testinin nəticəsi yenidən müsbət çıxıb. Prezident Arif Alvi sosial media hesabından verdiyi açıqlamada ikinci dəfə Covid-19-a yoluxduğunu bildirib və vətəndaşlardan ehtiyat tədbirlərinə əməl etməyi xahiş edib. Qeyd edək ki, Alvi ilk dəfə 29 mart 2021-ci ildə Covid-19-a yoluxub.