Pakistanda iyunun ortalarından bəri davam edən daşqınlar nəticəsində ən azı 820 nəfər ölüb, 1315-dən çox insan xəsarət alıb.
Sabahinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsinə istinadən Sinxua agentliyi məlumat yayıb.
Təbii fəlakət nəticəsində 2800 kilometrə yaxın yol dağılıb, 72 mindən çox ev və 129 körpü dağılıb, 504 min başdan çox mal-qara tələf olub.
Hazırda səlahiyyətlilər zərər çəkmiş ərazilərdə xilasetmə işləri aparır.
İyun ayından bəri Pakistanda davam edən musson yağışları bütün ölkədə böyük daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Pakistan hökuməti daşqınla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib və təcili humanitar yardım üçün BMT və digər beynəlxalq təşkilatlara müraciət edib.