Pakistanda fəlakət: İnsanlar uçan evlərin altında qaldılar

Pakistanın Sind əyalətində musson yağışları insan ölümlərinə səbəb olub.

Əyalət boyu leysan yağışları nəticəsində uçan evlərin altında 15 nəfər həyatını itirib.

Rəsmilər əyalətdə indiyədək yağan yağışlardan 900 min insanın zərər çəkdiyini, 26 600 evin dağıldığını bildiriblər.

Qurulan yardım çadırlarına 37 500 nəfər sığınıb, 800 baş mal-qara tələf olub.

Ölkənin xarici işlər naziri Bilaval Bhutto Zərdari Birləşmiş Millətlər Təşkilatına müraciət edərək kömək istəyib.