Azərbaycan həyata keçirdiyi xarici siyasətdə ən mühüm mərhələ olan dostluq, qarşılıqlı münasibətlərin sağlam təməllər üzərində qurulmasına xüsusi önəm verir. Sıx dostluq və qardaşlıq əlaqələrin qurulduğu ölkələrdən biri də Pakistandır. Azərbaycan və Pakistan münasibətləri çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərilməsi, əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etdirilməsi ilə özünü daha dərindən ehtiva edir. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ildən qurulub. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir.
Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində İslamabada dövlət səfəri zamanı Pakistan Prezidenti Asif Əli Zərdari, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə keçirdiyi görüşlər bir sıra sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edir. Belə ki, səfər zamanı 15 sənəd imzalandı. Hər bir sənəd əlaqələrin inkişafında yeni bir istiqamətdir.
Səfər zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını xüsusilə vurğuladı. Azərbaycan-Pakistan qardaşlığı xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Ölkə başçısı bəyanatında qeyd etdi ki, Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşların həyata keçirilməsi artıq müzakirə olunub.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu səfərin önəmini “Səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir” fikirləri ilə ifadə etdi. Möhkəm təmələ, qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri sarsılmazdır və hər iki tərəf bu əməkdaşlığın daha da möhkəmlənməsində, bütün sahələr üzrə inkişafında maraqlıdır. Məhəmməd Şahbaz Şərif bu dostluğun sözdə deyil, əməldə öz təsdiqini tapdığını, sarsılmazlığını “Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq” çağırışı ilə də diqqətə çatdırdı”.
Hazırda Azərbaycan-Pakistan münasibətlərində ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin inkişaf etdirilməsi prioretit məsələlərdir. Bu prioritetlərin reallaşması isə təkcə iki ölkə arasında olan münasibətlərə deyil, ümumilikdıə regionda baş verən hadisələrə öz müsbət təsirini göstərəcək.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı