Pandemiya təhlükəsi varmı? - Nazirdən açıqlama

"Qızılca ilə bağlı mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə işləyirik".

Sabahinfo.az xəbər verir ki, bu fikirləri jurnalistərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir vurğulayıb ki, birinci növbədə uşaqların təhlükəsizliyidir:

"Hazırda bir neçə məktəb var ki, o məktəblərdə daha çox say müşahidə edirik. Biz başa düşməliyik ki, indi üzləşdiyimiz vəziyyət təxminən 9-10 il qabaq valideynlərin verdiyi qərarın nəticəsidir.

Peyvəndləmə nə qədər az olacaqsa, xəstəlik də o qədər çox olacaq. Düşünüəm ki, ilin sonuna qədər çətin dövrü keçəcəyik. Pandemiya təhlükəsini görmürük. Uşaqların peyvəndlənməsi valideynlər tərəfindən aparılsa, belə problemlərlə gələcəkdə qarşılaşmarıq".

"Qaradağda yerləşən 195 nömrəli məktəbin ibtidai sinifindən başqa distant təhsilə keçid olmayıb. Amma vəziyyət gündəlik rəqəmlərdən asılı olaraq dəyişə bilər. Aidiyyəti qurumlarla yekun qərardan sonra distant təhsilə keçid ola bilər. Ümumilikdə məsələ bizim nəzarətimizdədir", - nazir əlavə edib.