Parlamentdə 402 nəfər koronavirusa yoluxdu

Hindistanda 400-dən çox parlament əməkdaşı koronavirusa yoluxub. Bu barədə "Hindustan Times" məlumat yayıb. Bildirilib ki, kütləvi yoluxma büdcə müzakirələri ərəfəsində qeydə alınıb. Ümumilikdə 1409 əməkdaş koronavirus testi verib, onlarsan 402-si pozitiv çıxıb. Parlamentdən kənarda test verənlər bu saya daxil edilməyib.