Ağdaş rayonunun Yenicə və Qoşaqovaq kəndlərində seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Ağdaş rayonunun Yenicə və Qoşaqovaq kəndlərindən olan seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, təşviqat qrupunun üzvləri Sevgili İbrahimova, Könül Musayeva, Azadə Kərimova və Rüfət Məmmədov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, son 20 ildə Azərbaycan davamlı olaraq möhtəşəm uğurlara imza atıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edilib. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu zamanın tələblərinə uyğun həyata keçirməklə müstəqil Azərbaycanı güclü dövlətə çevirib. Regionda yeni reallıqlar yaradan Azərbaycan bu gün dünyada yüksək nüfuz və söz sahibidir. Əldə edilmiş bütün uğurların təməlində isə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət dayanır.
Natiqlər vurğulayıb ki, budəfəki seçkilər həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının əyani ifadəsi olacaq. İnanırıq ki, seçicilərimiz yenə də parlaq gələcəyimiz naminə düzgün qərar verəcək, Yeni Azərbaycan Partiyasının namizədi - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə bir daha öz sonsuz hörmət, ehtiram, inam, etibar və sədaqətlərini ifadə edəcəklər.
Seçicilər qalib Lider İlham Əliyevə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.