Ermənistanın Baş naziri Nikol Paşinyan öz siyasi komandasının sıralarını təmizləmək qərarına gəlib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti hakimiyyətdəki mənbələrinə istinadən yazıb.
“Paşinyan Mülki Müqavilənin üzvü olmayan, partiyanın ideyalarını bölüşməyən və bitərəf qalmağa cəsarət etməyən bütün məmurları, hətta yüksək rütbəli məmurları da yox etməyi əmr etdi. Eyni zamanda, Paşinyan istər təhsil, səhiyyə, idman sahəsinin mütəxəssisləri, istərsə də uşaq bağçası və ya məktəb direktoru olsun, hamının işdən çıxarılması barədə göstəriş verib. “GD” üzvü olmayanlar itaətkar tərəfdar deyillər, yəni onların idarəçilik sferasında yeri yoxdur. Beləliklə, qeyd edə bilərik ki, Ermənistanı “demokratiyanın qalası” elan edən məxməri inqilabçılar heç bir tənqidə, müxalifətin bəyanatlarına, fikir ayrılığına dözmürlər”, - KİV qeyd edib.