Paşinyan və Abdullahiyan Azərbaycanla sülh müqaviləsini müzakirə etdilər

Nikol Paşinyan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. 

Bu gün biz ikitərəfli münasibətlərə verdiyimiz diqqəti və onların əhəmiyyətini bir daha vurğulamaq üçün Ermənistan Respublikasındayıq. Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, hər iki ölkə düzgün yoldadır", - deyə Abdullahiyan qeyd edib. 

Həmsöhbətlər Ermənistan-İran əməkdaşlıq gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. 

Tərəflər həmçinin regional əhəmiyyətli mövzular, o cümlədən Ermənistan-Azərbaycan sülh müqaviləsi ətrafında gedən proseslər, suverenlik, ərazi bütövlüyü, bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanan regional nəqliyyat kommunikasiya kanallarının blokadadan çıxarılması, “Sülh yollarının kəsişməsi” layihəsi ətrafında fikir mübadiləsi aparıblar.