Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın fonduna milyonlarla pul köçürülüb.
Sabahinfo.az Publika.az-a istinadla xəbər verir ki, "Toton" və "Vivaro" bukmeker kontorları Anna Akopyanın "Sity of smile" fonduna böyük məbləğdə pul köçürüb.
Məlumatı ilk dəfə üzə çıxaran Armday.am nəşridir. İddialara görə "Vivaro Media" Anna Akopyanın şəxsi hesabına 5 milyon dram, daha çox "Toto Gaming" kimi tanınan "Digitain" MMC isə 1 milyon dramdan çox vəsait köçürüb.
Milyonlarla vəsaitin baş nazir Paşinyanın arvadının hesabına hansı məqsədlə köçürüldüyü bilinmir. Sosial şəbəkələrdə isə sadə vətəndaşlar bu xəbəri çaşqınlıqla qarşılayıblar və rüşvət ola biləcəyini vurğulayıblar.