Xəbər verdiyimiz kimi, bu gün Ermənistanın keçmiş müdafiə naziri olan David Tonoyanın məhkəmə prosesi baş tutub.
"Unikal" xəbər verir ki, hakim eks-nazirin həbsini uzadıb. Məhkəmə qərarının Tonoyana qarşı bu davranışı erməni mediasında birmənalı qarşılanmayıb.
Məhkəmə keçmiş müdafiə naziri David Tonoyanın həbs müddətini 2 ay uzatdı. Bununla bağlı onun hüquqlarını müdafiə edən xüsusi qrup açıqlama da yaydı. David Tonoyanın Gorus yaxınlığındakı asma körpüdə Nikol Paşinyanın yanında necə rəqs etdiyi yadınızdadırmı? Hətta məktəblilər belə anlayırlar ki, asma körpülərdə bu şəkildə hərəkət edib rəqs eləməzlər. Müharibədən əvvəl isə David Tonoyan "yeni müharibə, yeni ərazilər" deyərək qürrələnirdi. Sanki Dağlıq Qarabağa bitişik 7 rayon onun atası və anası tərəfindən qurulub və yeni ərazilər işğal edilməli idi. Nikol Paşinyanla əməkdaşlıq edən, şeytanla ittifaq bağlayan hər kəs gec-tez cəzasını alacaq. David Tonoyan buna nümunədir”, - deyə erməni jurnalist Voskan Sarkisyan yazıb.