Aİİ-nin növbəti yubiley görüşü Moskvada baş tutacaq.
Sabahinfo.az xəbər verir ki, bu barədə Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"Mən və Nikol Vovayeviç (Paşinyan – red.) belə bir təşəbbüs irəli sürdük və Rusiya prezidenti də bunu dəstəklədi", - deyə Belarus lideri qeyd edib.
Lukaşenko bildirib ki, 2024-cü ilin mayında Rusiya Aİİ üzvü olan ölkələrin liderlərinin növbəti sammitinə ev sahibliyi edəcək.