Penitensiar Xidmətin rəisi yeni restoran açdı 

Salyan rayonu ərazisində “Yolüstü” adlı restoranın açılış mərasimi keçirilib. Sözügedən restoran Bakı-Astara magistralının hər iki kənarında yerləşir.

Demokrat.az-a  xəbər verir ki, həmin restoran Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun oğluna məxsusdur. Restoranın dünən baş tutan təmtəraqlı açılış mərasimində Ceyhun Həsənovun oğlu da iştirak edib. Qeyd edək ki, Ceyhun Həsənov Salyan rayonunun Yolüstü kəndində doğulub.