Respublika Perinatal Mərkəzində yanğın olub.
Bu barədə Sabahinfo.az-a Fövqəladə Hallar Nazirliyinindən (FHN) bildirilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olması barədə ilkin məlumat daxil olub.
Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.
Respublika Perinatal Mərkəzində baş verən yanğınla əlaqədar pasiyentlər təxliyə edilib.
Yanğın qısa müddətdə söndürülüb.