Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Türkiyədə keçirilən prezident və parlament seçkilərinə müdaxiləsi ehtimalı ilə bağlı şayiələri təkzib edib.
Sabahinfo.az TASS-a istinadən xəbər verir ki, Peskov bu cür məlumatların yalançılar tərəfindən yayıldığını vurğulayıb.
"Biz bu cür bəyanatları qətiyyətlə rədd edirik, rəsmi şəkildə bəyan edirik ki, hər hansı müdaxilədən söhbət gedə bilməz. Əgər kimsə cənab Kılıçdaroğluna belə bir məlumat veribsə, deməli, onlar yalançıdırlar və bunu belə demək lazımdır".
Qeyd edək ki, Türkiyənin vahid müxalifətdən prezidentliyə namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu "Twitter" səhifəsində rusca yazaraq Rusiyanı seçkilərə müdaxilə etməməyə çağırıb.
Peskov son olaraq qeyd edib ki, Rusiya Türkiyə ilə münasibətlərini yüksək qiymətləndirir, Ankara bir sıra regional və qlobal problemlərdə məsuliyyətli mövqe tutur.
"Biz Türkiyə Respublikası ilə ikitərəfli münasibətlərimizi yüksək qiymətləndiririk, çünki o, indiyədək üzləşdiyimiz bir sıra regional və qlobal problemlərə dair çox məsuliyyətli, suveren və düşünülmüş mövqe tutub"./unikal