Polis itkin düşən 16 yaşlı qızı axtarır - VİDEO

Abşeron rayon Mehdiabad qəsəbə sakini 2008-ci il təvəllüdlü Səma Məhərrəmova 10 gündən artıqdır itkin düşüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun yaxınları bildiriblər.

Belə ki, avqustun 8-də taksi ilə yaşadığı yeri tərk edən 16 yaşlı qızdan daha sonra məlumat almaq mümkün olmayıb.

Onun evi tərk edəndən sonra paytaxtın Nizami və Xətai rayonları ərazisində olması kameralara düşüb. Lakin hazırda harada olması məlum deyil.

DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Məhərrəmova Səma Əsgər qızının itkin düşməsi ilə bağlı axtarışa elan olunub: “Şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi təmin olunacaq”.