Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Əliyevin xeyli vaxtdır işə çıxmaması onunla Rayon Polis İdarəsinin rəhbərliyi arasın qalmaqala səbəb olub.
Məlumata görə, bölmə rəisi 4 aydan artıqdır ki, işə çıxmır, bütün gününü xarici ölkələrdə səhayətlərdə keçirir. Bildiyiniz kimi polis əməkdaşı ölkə sərhəddini yalnız DİN-in xüsusi icazəsi əsasında tərk edə bilər.
Belə ki, E.Əliyevin bir müddət əvvəl həyat yoldaşından ayrıldığı, xeyli vaxtdır Azərbaycanı tərk etdiyi o gündən bəri geri qayıtmadığı bildirilir.
Qeyd edək ki, Elnur Əliyev 5 ilə yaxındır ki, həmin Şöbənin rəisidir. Bu müddət ərzində onun fəaliyyəti ilə bağlı, xüsusən də yanına gələn vətəndaşları, şikayətçiləri qəbul etmədiyi ilə bağlı məlumatlar yayılır.