Türkiyənin Bursa şəhərində FETÖ terror təşkilatına üzv olmaqda təqsirli bilinən A.K adlı şəxsin saxlanılması istiqamətində əməliyyat həyata keçirilib.
Sabahinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, həmin şəxs əməliyyat zamanı gizləndiyi evin mətbəxində şkafdan tapılıb.
İlk olaraq polis bölməsinə aparılan A.K daha sonra cəzaçəkmə müəssisəsinə təslim edilib. Onun barəsində FETÖ təşkilatına üzv olması ilə bağlı 6 il 3 aylıq həbs cəzası mövcuddur.