Polşa Hərbi Əks-Kəşfiyyat Xidməti Rusiya və Belarus xüsusi xidmət orqanlarında işləməkdə şübhəli bilinən iki nəfəri müəyyən edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Polşa hökuməti məlumat yayıb.
Məlumata görə, martın 21-də Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən şəxslər saxlanılıb. Məhkəmənin qərarı ilə casuslar 3 ay müddətinə həbs edilib.